Əcnəbilərin Qazaxıstana daxil olması və orada qalması qaydalarında dəyişiklik edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumət tərəfindən qərar qəbul edilib.
Hökumətin etdiyi dəyişikliyə əsasən, Avrasiya İqtisadi İttifaqı (AİB) ölkələrinin vətəndaşları üçün “Visa Run” qaydası qüvvədən düşəcək. Belə ki, Qazaxıstandan qısa müddətə xaricə çıxıb viza müddətini uzatmaq üçün yenidən ölkəyə gəlmək üçün istifadə edilən tətbiq Avrasiya İqtisadi İttifaqına daxil ölkələrin vətəndaşları üçün də keçərli olmayacaq.
Hökumət bu addımla ölkəyə gündəlik giriş-çıxış yolu ilə Qazaxıstanda qanuni qalma müddətinin uzadılması cəhdlərinin qarşısını almağı planlayır. Yanvar ayının 26-dan etibarən Qazaxıstana vizasız gələn xarici vətəndaşlar 180 təqvim günü ərzində yalnız 90 gün ölkədə vizasız qala biləcəklər.
Beləliklə, vizadan azad olan ölkələrdən gələn əcnəbilər hər 6 aydan bir qanuni olaraq Qazaxıstanda cəmi 90 gün qalacaqlar. Qanuni qalma müddətini başa vuranlar isə yalnız 180 gündən sonra Qazaxıstana yenidən vizasız daxil olma şansı əldə edəcəklər.
Müşviq Tofiqoğlu,
KONKRET.az