Qazın qiyməti bahalaşdıbackend

Qazın qiyməti bahalaşdı

Avropada qazın qiyməti min kubmetr üçün 1000 dolları ötüb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə “Forbes.ru” məlumat yayıb.

Məlumata görə, qazın qiymətində rekord artım Londonun ICE birjasında keçirilən hərraclarda qeydə alınıb. Niderlandın TTF habının indeksi üzrə qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1000 dollar həddini keçib.

Hərraclar zamanı qiymət 1004 dollaradək yüksəlib. Bu, meqavat/saat üçün 84,07 avroya bərabərdir.

Daha əvvəl Avropada qış mövsümü ərəfəsində qaz ehtiyatlarının aşağı səviyyədə olması səbəbindən qiymətlərin rekord həddə çata biləcəyi bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*