Qəbulda yüksək bal toplayan abituriyentlər – FOTOLARbackend

Qəbulda yüksək bal toplayan abituriyentlər - FOTOLAR

Bu gün ali məktəblərə qəbul imtahanlarında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlər məlum olub.

Qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

Ümumilikdə I ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu əldə edib. O, ümumilikdə 695 bal toplayıb.  IV ixtisas qrupu üzrə isə rekord göstərici 125 nömrəli məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızına məxsusdur. O, 697 bal yığıb.

KONKRET.az qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən bir neçə barədə məlumatları təqdim edir:

 

İsmayıllı şəhər 5 saylı orta məktəbin məzunu Aydın Aydınov blok imtahanlarında maksimal 400 bal toplayan 10 nəfərdən biridir. O, I qrup üzrə iki mərhələ üzrə 673,2 bal toplayıb.

Biləsuvar şəhər internat orta məktəbinin məzunu Aysel Rəhimli I qrup üzrə 674 bal yığıb. O, blok imtahanında 400 bal toplayıb. Bakı Ali Neft Məktəbində təhsil almağı planlaşdırır.

I qrup üzrə ən yüksək nəticə göstərənlərdən biri (400 bal) Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadədir.

Bakı şəhəri 258 nömrəli məktəbin məzunu Fərid Quliyev də blok imtahanında 400 bal toplanlar sırasındadır. O Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasında təhsil almağı hədəfləyir.

Bakı şəhəri 53 nömrəli məktəbin yetirməsi Aslanlı Zakir Zaur oğlu I qrup üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən (400 bal) abituriyentlər arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*