Qəpiklə ödəniş edilməsin deyə, görün, nə etdilərbackend

Qəpiklə ödəniş edilməsin deyə, görün, nə etdilər

Metronun “Koroğlu” stansiyasında bəzi “Bakıkart” aparatlarına qəpiklə ödəniş etmək olmur.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, ödəmə cihazlarının girişləri bağlanıb.

Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.

Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?

Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*