“Qərb Rusiyaya təcavüz edərsə, Belarus müharibəyə qoşulacaq” – Lukaşenkobackend

“Qərb Rusiyaya təcavüz edərsə, Belarus müharibəyə qoşulacaq” - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya KİV-ə müsahibə verib.

KONKRET.az xəbər verir ki, Belarus lideri “Əgər kimsə Belarusdan və ya Belarusun yaxınlığından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzarəti altında olan bölgədən keçərək Rusiyaya hərbi təcavüz edərsə, o zaman 60 minlik ordumuz müharibəyə girəcək” deyib.

Lukaşenko həmçinin Qərbdən Belarusa qarşı müdaxilə olacağı təqdirdə Rusiyanın da eyni addım atacağına inandığını bildirib:

“Qəfildən qərb istiqamətindən, şimaldan və ya cənubdan hücum olsa, biz dərhal Rusiyanı müdafiə edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*