Qətlə yetirilən gəncin qazi olduğu müəyyən edildi – FOTOLARbackend

Qətlə yetirilən gəncin qazi olduğu müəyyən edildi - FOTOLAR

İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*