Qəza 8 minə yaxın abonenti qazsız qoydubackend

Qəza 8 minə yaxın abonenti qazsız qoydu

Ordubad rayonununda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.

Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*