Çərşənbə günü Qəzza zolağından İsrail istiqamətinə 9 raket atılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gecə Qəzza zolağından İsrailə 9 raket atılıb. Onlardan dördü “Dəmir günbəz” tərəfindən vurulub. İkinci həyəcan siqnalından sonra Qəzza zolağından daha dörd raket atılıb və açıq ərazilərə düşüb”, – bəyanatda deyilir.
Bildirilib ki, raketlərdən biri Sderot şəhərinin sənaye zonasında yerləşən fabrikə düşüb.
Qeyd edək ki, bundan əvvəl “Agence France–Presse” Qəzza zolağından İsrailə doğru bir neçə raket atılması barədə məlumat yayıb.
Bildirilib ki, qarşıdurma Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərlə polis arasında toqquşma fonunda baş verib.
İqbal Rzayev,
KONKRET.az
