Qırğızıstan prezidenti hökuməti istefaya göndərdibackend

Qırğızıstan prezidenti hökuməti istefaya göndərdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qırğızıstan Prezidenti Sadır Japarov çərşənbə axşamı Nazirlər Kabinetinin bütün üzvlərini və rəhbəri Ulukbek Maripovu vəzifəsindən azad edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat yerləşdirilib. Eyni zamanda, Qırğızıstan Nazirlər Kabinetinin üzvləri yeni hökumət qurulana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.

Bir gün əvvəl cənab Japarov konstitusiya qanunu imzalayıb və bu qanuna əsasən prezident administrasiyasının rəhbəri eyni zamanda nazirlər kabinetinin rəhbəridir.

Qeyd edək ki, avqustun 27-də Qırğızıstan konstitusiyasına millət vəkillərinin seçilməsi qaydasını dəyişdirən və sayını azaldan dəyişikliklər qüvvəyə minib. Həmin dəyişiklərə görə, seçkilər qarışıq seçki sisteminə görə aparılır: 54 nəfər proporsional sistem üzrə (partiya siyahılarına görə), 36 nəfər – birmandatlı dairələrdə majoritar sistemə görə seçilir. Qırğızıstanda parlament seçkiləri noyabrın 28 -nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*