Qırğızıstanda parlamentin növbədənkənar iclası çağırıldıbackend

Qırğızıstanda parlamentin növbədənkənar iclası çağırıldı

Qırğızıstan parlamentinin spikeri Talant Mamıtov Tacikistanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar deputatları növbədənkənar iclasa çağırıb.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, deputatlar Batken vilayətindəki mövcud vəziyyəti müzakirə edəcəklər.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin məlumatına görə, sentyabrın 16-da Tacikistan tərəfi Qırğızıstan sərhəd dəstələrini atəşə tutmağa başlayıb.

Qırğızıstanın Səhiyyə Nazirliyi 18 yaralının Batken regional xəstəxanasına aparıldığını bildirib.

Qeyd edək ki, baş verənlərlə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistana etiraz notası göndərib.

Məlumata görə, Batken vilayətində ölkənin şimalı ilə cənubunu birləşdirən yeganə avtomobil yolu toqquşmalara görə bağlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*