Qırğızıstanın xüsusi xidmət orqanları Azərbaycan vətəndaşını həbs edib.
KONKRET.az “Veçerniy Bişkek”ə istinadla xəbər verir ki, Qırğızıstanın ən böyük laboratoriya şəbəkələrindən birinin rəhbəri, Azərbaycan vətəndaşı Söhrab Yarəhməov Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqın müəyyən etdiyi kimi, S.Yarəhməov 2019-cu ilin martında Qırğızıstana çox konkret məqsədlə – yüksək gəlirli kommersiya fəaliyyəti təşkil etmək məqsədi ilə gəlib. Həmin ilin yayında “Eurolab” Laboratorya MMC-nin icraçı direktoru, iki ildən sonra isə bu laboratoriyanın baş direktoru təyin olunub.
Şirkətin nizamnaməsində qeyd edildiyi kimi, “Eurolab”ın əsas fəaliyyəti “səhiyyə sahəsində digər fəaliyyətlərdir”. “Digər” biomaterialların götürülməsi və geniş spektrli testlərin aparılması deməkdir. Ancaq məlum olub ki, onun fəaliyyəti təkcə bundan ibarət olmayıb.
Məhkəmə hökmündən məlum olub ki, bu şirkətin rəhbərliyi Qırğızıstan ərazisində öz fəaliyyətini səmərəli həyata keçirmək üçün ölkə əhalisinə qanla bağlı tibbi xidmətin göstərilməsi sahəsində korrupsiya sistemi təşkil edib və tətbiq edib. Buraya laboratoriya testləri üçün nümunələrin götürülməsi və digər analizlər də daxildir.
Xuraman Etibarlı,
KONKRET.az
