Səudiyyə Ərəbistanının şərqindəki Əş-Şərqiyyə əyalətində Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi briqada generalı Turki əl-Malikinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, bazar günü axşam saatlarında Dhahran şəhərindəki aviabazanın yaxınlığında “F-15S” qırıcı təyyarəsi təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Pilotlar katapult edərək sağ qalıb.
Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.
İqbal Rzayev,
KONKRET.az
