Bakıda “Qış parkı”nda bir nəfər şaxtaya yıxılıb.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğlu ehtiyatsızlıqdan “Qış parkı”nın zirzəmisinin havalandırma sisteminin dərinliyi təqribən 10 metr olan şaxtasına yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.
***
11:49
Bakının Nəsimi rayonunda, “Qış parkı” ərazisində işçi 10 metrlik şaxtaya düşüb.
KONKRET.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım həkimləri və polis əməkdaşları cəlb edilib.
Xilasedicilərin səyi nəticəsində quyuya düşən şəxs çıxarılıb.
Həmin şəxsin 44 yaşlı Sahib Quliyev olduğu deyilir. Onun parkda iş görərkən müvazinətini itirərək yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
/baku.ws/
