Qərbi Antarktidadakı buzlaqlar, o cümlədən “Tveyts” buzlağı əriyəcək.
KONKRET.az xəbər verir ki, bunu “RİA Novosti“yə klimatoloq Aleksey Kokorin deyib.
Onun sözlərinə görə, bu, 22-ci əsrdə dünya okeanının səviyyəsini üç metr qaldıracaq.
Ekspert hesab edir ki, ən pis ssenaridə okean səviyyəsinin qalxması bütün amillərin təsiri altında hətta beş metrə çata bilər.
İqlimşünas əlavə edib ki, qlobal istiləşməni 2-2,5 dərəcə Selsi səviyyəsində saxlamaq olar. Bu o halda mümkündür ki, bütün dövlətlər əsrin sonuna qədər karbon neytrallığına nail olsunlar.
Qeyd edək ki, buzlaqlar tamamilə ərisə, okeanda suyun səviyyəsi 6 metrdən çox qalxacaq.
İqbal Rzayev,
KONKRET.az
