Qızları 27 ildən sonra Milli Qəhrəmanımızın məzarında – VİDEObackend

Qızları 27 ildən sonra Milli Qəhrəmanımızın məzarında - VİDEO

Milli Qəhrəman Allahverdi Bağırovun övladları 27 ildən sonra atalarının məzarını ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, Allahverdi Bağırovun iki qızı Dövlət Sərhəd Xidmətinin işçiləri olaraq atalarının şəhadətə qovuşduğu yerə — Ağdama gəliblər.

Milli Qəhrəmanımızın qızları hərbiçi peşələrini seçərək, Allahverdi Bağırovun arzusunu yerinə yetirdiklərini bildiriblər:

“Mən, polkovnik-leytenant Zümrüd Allahverdi qızı Bağırova, 1993-cu ildə tərk etdiyim Vətən torpağındayam… Qürurverici hissdir ki, atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanımıza və qəhrəman döyüşçülərimizə öz dərim təşəkkürlərimi bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*