Qlobal inflyasiya iqtisadi fəlakətin miqyasını daha da artırır.
KONKRET.az xəbər verir ki, bu barədə blomberq saytı yazır.
Beynəlxalq iqisadçılar hesab edir ki, buna baxmayaraq çıxış yolları var.
İqtisadi hesabatda bildirilir ki, gübrələrin qiymətində artım dinamikliyi fermerləri ciddi narahat edir.
Əkinçilərin əksəriyyəti bitkilər üçün əsas qida olan gübrələrə olan tələbatdan danışır, ancaq qiymətlərin çox baha olması bu sahədəki vəziyyəti daha da acınacaqlı edir.
Qarğıdalı və buğda kimi məhsulların yetişdirildiyi tarlalara daha çox gübrə tətbiq edilməli olsa da, fermerlər mövcud problemlərin həlli yollarını araşdırır. Bu problemlərdən biri yükdaşımaların, enerji xərclərinin artması, azot, kalium və fosfat kimi maddələrin tədarükündə məhdudiyyətlərin qoyulmasıdır. Nəticə isə göz qabağındadır: Qiymətlər doqquz ilin ən yüksək səviyyəsinə qalxıb.
Fermerlər keçən il qarğıdalı və buğda kimi bitkilərin əkini zamanı inflyasiyaya qarşı müqavimət göstərə bilməyiblər. Onlar hələ də yüksək kirayə və işçi çatışmazlığı ilə mübarizə aparmaq məcburiyyətindədirlər.
Məsələn, ABŞ-da qarğıdalıdan qazanc potensialı getdikcə aşağı düşür. Kənd təsərrüfatında inkişaf ləngiyir.
Traktor istehsalçısı Deere keçən həftə artan xərclərin və tədarük zənciri problemlərinin gələn il daha da şiddətlənəcəyini xəbərdar edib.
“Rabobank”ın bu həftəki hesabatında deyilir ki, ən azından ilin sonuna qədər yüksək gübrə qiymətləri ABŞ fermerlərinin alışlarını məhdudlaşdıracaq.
Amma ekoloqlar üçün bütün bunlar sevindirici hal kimi dəyərləndirilir. Belə ki, uzunmüddətli perspektivdə gübrə xərclərinin artması ətraf mühitə faydası olan məhdudlaşdırıcı texnologiyaların tətbiqini də sürətləndirə bilər. İqlim fəalları illərlə gübrə istifadəsini azaltmağa və ya istehsal üsulunu dəyişdirməyə çalışıblar. Çünki fermalardan axan axınlar çaylara və göllərə daxil olur. Nəticədə isə dəniz və çay sahilləri ölü zonalara çevrilir. Azot isə bitkilər tərəfindən həzm edilmir. Alimlərin qənaətinə görə, bu kimyəvi maddə karbon qazından 300 qat güclüdür.
Bir sıra startaplar bu problemi həll etməyə və daha davamlı həllər tapmağa çalışıblar.
ABŞ alimləri hesab edir ki, məhsul inkişafını sürətləndirən alternativ və yetişdirmə texnologiyaları sayəsində məhsullarının azot gübrə istehlakı 30%-ə qədər azalacaq.
Natiq Səlim,
KONKRET.az
