QMİ-dən əhaliyə Ramazan MÜRACİƏTİ: BUNLARI ETMƏYİNbackend

QMİ-dən əhaliyə Ramazan MÜRACİƏTİ: BUNLARI ETMƏYİN

“Ramazan ayı bu il də pandemiya dövrünə təsadüf edəcək. Bu səbədən Ramazan ayının ayinləri karantin rejminin şəraiti nəzərə alınmaqla keçirilməlidir. Karantin rejiminin əsas şərti isə insanların təmaslarının minimuma endirilməsi və kütləvi tədbirlərdən çəkinməkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli bildirib.

O əlavə edib ki, Ramazan ayında insanlar əsasən iftar süfrələrinə toplaşır:

“Təbii ki, qaydalar çərçivəsində ictimai iyaşə obyektlərində insanlar iftar aça bilir. Amma kütləvi şəkildə insanların qapalı yerdə toplaşması məqsədəuyğun deyil.

Tövsiyyə edirəm ki, kütləvi iftar məclislərindən insanlar çəkinsinlər və mümkün qədər təmaslarını azaltsınlar. Kütləvi iftar məclislərinə xərclənən vəsaiti isə digər xeyriyyə məqsədlərinə sərf etmək olar. Ehtiyaclı insanlara yardım etmək olar, təhsil haqqını verə bilməyən gənclərə kömək etmək olar. Digər xeyriyyə tədbirlərinə bu vəsaiti xərcləmək olar.

Bir daha tövsiyyə edərdim ki, ayinlər kütləvi şəkildə icra olunmasın. Yəqin ki, karantin rejiminin şərtlərinə uyğun olaraq dini ayinlər məscidlərdə canlı yayım vasitəsilə icra olunacaq və insanlar öz evlərindən bu ayinlərə qoşula biləcəklər.

Əgər o zamana qədər dəyişiklik olmazsa, Qədr gecəsinin ayinləri canlı yayımla icra oluna bilər. Başqa şəkildə bunların qeyd olunmasını məqsədəuyğun hesab etmirəm. Çünki bu, yoluxmaların sayını artıra bilər. Dinimiz bizə öz sağlamlığımızı, başqa insanların sağlamlığını qorumağı tövsiyyə edir. Həm dinin hökmü və sağlam ağıla əsaslanaraq bu tədbirləri geniş şəkildə qeyd etməməliyik”./baku.ws/

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*