Qondarma Xerson qubernatorunun müavini dünyasını dəyişib – SƏBƏBbackend

Qondarma Xerson qubernatorunun müavini dünyasını dəyişib - SƏBƏB

Qondarma Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov avtomobil qəzasında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə vilayət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.

Vilayətin Səhiyyə İdarəsi Stremousovun ölümü ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.

Qeyd edək ki, Stremousov Rusiya tərəfindən Xerson vilayətinin ilhaqından sonra vəzifəyə təyin olunub. Sentyabrın 28-də isə o, Rusiya vətəndaşlığı və ölkə pasportunu alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*