Qonşu ölkə koronavirusun yeni dalğasına hazırlaşırbackend

Qonşu ölkə koronavirusun yeni dalğasına hazırlaşır

İran koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır.

KONKRET.az xəbər verir ki, “RİA Novosti” bu barədə İran Prezidenti Həsən Ruhaninin açıqlamasına istinadən məlumat yayıb.

Yeni infeksiya dalğasının payızda başlayacağı təxmin edilir.

Ruhani bildirib ki, yeni mümkün dalğaya hazırlıq üçün bütün səyləri səfərbər etmişik.

O, həmçinin ölkədə koronavirusun yayılmasının lokallaşmağa yaxın olduğunu da qeyd edib.

Prezidentin sözlərinə görə, pik mərhələ keçsə də, pandemiyanın keçməsinə hələ çox var.

Buna görə də o, COVID-19-un yayılmasının bu ilin sonunadək bitməyəcəyi üçün hazırlıqlı olmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*