Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryanbackend

Qorxu yaradırdınız: 300 min azərbaycanlı gəlir – Sona Qazaryan

Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Sona Qazaryan müxalifəti seçkiqabağı dövrdə qorxu təbliğatı aparmaqda ittiham edib.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı danışıb.

S.Qazaryan bildirib ki, hər iki müxalifət fraksiyası bütün seçkiqabağı kampaniyasını qorxu təbliğatı üzərində qurub.

“Siz 300 min azərbaycanlının (Qərbi Azərbaycana) geri qayıdacağından danışırdınız. Cənab Karapetyan, hanı o azərbaycanlılar? Deyirdiniz ki, Paşinyan yenidən baş nazir seçilsə, soyqırımı memorial kompleksi məscidə çevriləcək. Hanı o məscid?” – Qazaryan qeyd edib.

O, müxalifətin seçkiqabağı dövrdə apardığı kampaniyanın iflasa uğradığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*