Quba-Qonaqkənd yolunda dəhşətli qəza: Ölən və yaralananlar var – VİDEObackend

Quba-Qonaqkənd yolunda dəhşətli qəza: Ölən və yaralananlar var - VİDEO

Quba-Qonaqkənd yolunda ağır qəza baş verib.

KONKRET.az xəbər verir ki, Quba-Qonaqkənd-Xaltan istiqaməti üzrə sərnişindaşıma ilə məşğul olan Akif İmamverdiyevin idarə etdiyi “UAZ” markalı avtomobil dərədən aşıb.

Hadisə nəticəsində Qubanın Çarxaçı kəndindən olan bir nəfər qadın həyatını itirib. Oğlu isə bel, ayaq və əl nahiyyəsinin sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində digər sərnişinin – Qubanın Mütəh kəndindən olan gənc qızın belinin sındığı bildirilir.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Akif İmamverdiyevin özü Qubanın Xaltan kəndindəndir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*