Qubada avtomobil ağaca çırpıldı: Dörd nəfər xəsarət aldıbackend

Qubada avtomobil ağaca çırpıldı: Dörd nəfər xəsarət aldı

Quba rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

KONKRET.az  hadisə Quba-Dəlləkli kəndi yolunda baş verib.

Belə ki, “Chevrolet” markalı minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunublar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.\\Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*