Qubada külək bir sıra fəsadlar törədib.
KONKRET.az-ın məlumatına görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Güclü külək şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

Apa.az
