Qubadlıda 4 tondan artıq çətənə kolu məhv edildi – FOTObackend

Qubadlıda 4 tondan artıq çətənə kolu məhv edildi - FOTO

Qubadlı Rayon Polis Şöbəsin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Xəbərə görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*