Rostov vilayətində qubernatorun müavini Kuşnarev rüşvət işi ilə bağlı saxlanılıb.
Rostov vilayətində qubernatorun müavini, regional Nəqliyyat Nazirliyinin rəhbəri Vitali Kuşnarev və nəqliyyat nazirinin müavini Dmitri Mamelko saxlanılıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin informasiya siyasəti nazirinin müavini Sergey Tyurin məlumat yayıb. Onun sözlərinə görə, idarənin özü adi qaydada işləyir.
“Don Mash” teleqram kanalı Kuşnarev və Mamelkonun rüşvət üstündə saxlanmasına aydınlıq gətirib. İddialara görə, onlar bir gün əvvəl iş yerində cinayət başında yaxalanıblar. Kanal qeyd edir ki, Kuşnarev cinayəti etiraf edib, lakin Mamelko bunu etməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az