Quranla bağlı növbəti təxribat TÖRƏDİLDİbackend

Quranla bağlı növbəti təxribat TÖRƏDİLDİ

İsveçin Uppsala şəhərində fəaliyyət göstərən məscidin icmasının üzvlərinə Quranın yandırılmış nüsxələri göndərilib.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçdə dərc edilən “Aftonbladet” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Quranın yandırılmış nüsxələri məscidin icmasında təmsil olunan şəxslərin ev ünvanlarına göndərilib.

Hadisədən sonra məsciddə müşahidə kameralarının quraşdırılıb.

Xatırladaq ki, bu ilin əvvəlindən İsveç, Danimarka və Avropanın bir sıra ölkələrində Quranın yandırılması aksiyaları baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*