Qurban Qurbanovdan “Tvente” üzərində qələbədən sonra ilk AÇIQLAMAbackend

Qurban Qurbanovdan "Tvente" üzərində qələbədən sonra ilk AÇIQLAMA

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) ilə “Qarabağ” arasında keçirilən oyundan (0:1) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında fikirlərini bölüşüb.

KONKRET.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını dəyərləndirib.

“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Yaxşı və düzgün mübarizə apardılar, çox güc sərf etdilər. “Qarabağ” olaraq burada üçüncü dəfədir oynayırıq. İnanın ki, bu stadiondan və azarkeşlərdən hər dəfə daha çox zövq alırıq.

Bizim azarkeşlərimizə də təşəkkür edirəm. Komandamızın çıxışından həzz aldılar. Yerlərində bir dəqiqə də dayanmadılar. Hamısı bizi dəstəklədi, yanımızda olduğunu hiss etdirdi.

Çox vacib qalibiyyət oldu. Amma bu hələ duelin ilk hissəsidir. Bakıda cavab görüşü olacaq. Evdə daha diqqətli və intizamlı oynamalıyıq ki, iki görüşün nəticəsinə görə qalib olaq. İnanıram ki, Bakıdakı qarşılaşma da maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”, – deyə Qurban Qurbanov bildirib.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*