Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən yüzlərlə qusarlı gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbəsinə axışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev məlumat verib. Onun sözlərinə görə, özü də başda olmaqla yüzlərlə gənc könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.
“Ümid edirik ki, zərurət yarandığı halda, mövcud qanunvericiliyin tələblərinə əsasən, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Orduya cəlb ediləcəyik”.

