Qusara icra başçısı təyin edilən şəxs kimdir? – DOSYEbackend

Qusara icra başçısı təyin edilən şəxs kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az-ın məlumatına görə, S.Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi işləyib.

1999 – “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.

Prezidentin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

Prezidentin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.//Unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*