Quterreş İranda edamları və insan haqlarının pozulmasını kəskin pislədibackend

Quterreş İranda edamları və insan haqlarının pozulmasını kəskin pislədi

BMT-nin baş katibi İranda nümayişçilərə qarşı güc tətbiqi, eləcə də həbslər zamanı məhbusların işgəncələrə məruz qalması və öldürülməsi ilə bağlı müstəqil araşdırma aparılmasına çağırış edib.

KONKRET.az xəbər verir ki, hesabatda İran hökumətindən istintaqın aparılmasını və təqsirləndirilən şəxslərin mühakimə edilməsi tələb edilib. O, habelə İran hökumətini söz və dinc toplaşmaq hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri dərhal azad etməyə çağırıb. Hesabat müəllimlərin ölkə üzrə etirazları zamanı onlarla həmkarlar ittifaqı fəalının həbsindən bir gün sonraya təsadüf edir.

İyunun 16-da yayılan hesabatda məhkumların ailələri, insan haqları təşkilatları və şahidlərin ifadələrinə əsaslanaraq məhbusların tibbi xidmətdən istifadələrinə imkan verilmədiyi qeyd olunub.

Antonio Quterreş, eləcə də İran hökumətini ifadə azadlığı hüququnu təmin etməyə, insan haqları fəallarının, vəkillərin, jurnalistlərin, yazıçıların, əmək və ətraf mühit fəallarının və bütün sənətçilərin qorxmadan, həbs edilmədən fəaliyyət hüquqlarının tanınmalı olduğunu vurğulayıb. O, İranda edamların sayının artmasından, qanuni yaşına çatmamış uşaqların edam eilməsindən və etirazçılara qarşı qəddar münasibətdən narahat olduğunu dilə gətirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*