Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan İMTİNA ETDİbackend

Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan İMTİNA ETDİ

İspaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, imtinanın səbəbini 37 yaşlı idmançı özü açıqlayıb:

“Melburna çatanda müayinədən keçdim, əzələmdə mikroyırtıq olduğu üzə çıxdı. Hazırda 5 setlik qarşılaşmalarda yüksək səviyyədə mübarizə aparmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və istirahət etmək üçün İspaniyaya qayıdıram”.

Qeyd edək ki, Rafael Nadal 2009 və 2022-ci illərdə Avstraliya Açıq çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*