Raketin üzərinə FOTOsunu vurub təşəkkür etdilərbackend

Raketin üzərinə FOTOsunu vurub təşəkkür etdilər

İran hərbçiləri istifadə etdikləri raketlərin üzərinə İspaniya Baş naziri Pedro Sançesin fotosunu vurublar.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Raketlərin üzərində Sançesin fotosu ilə yanaşı onun ABŞ və İsrailin İranla bağlı həyata keçirdiyi əməliyyata dair açıqlamaları da vurğulanıb:

“Əlbəttə, bu müharibə təkcə qanunsuz deyil, həm də qeyri-insanidir. Təşəkkürlər, Baş nazir”.

Xatırladaq ki, İspaniya Baş naziri öz bəyanatlarında İrana qarşı əməliyyatı tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*