Ramzan Kadırov Mariupola getdibackend

Ramzan Kadırov Mariupola getdi

Çeçenistan lideri Ramzan Kadırov şiddətli döyüşlərin getdiyi Mariupola gedib.

KONKRET.az xəbər verir ki, bu barədə Çeçenistanın mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

Onun sözlərinə görə, Kadırov şəhərin azad edilməsi əməliyyatına rəhbərlik edir: “Yaxın günlərdə şəhər alınaraq millətçilərdən və nasistlərdən təmizlənəcək. Ona görə də Ramzan Axmatoviç Mariupola döyüşçülərin əhval-ruhiyyəsini yüksəltməyə gəlib”.

Dudayev Çeçenistan liderini çoxsaylı döyüşlərdə iştirak edən döyüş generalı və strateq adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*