Ramzan Kadırov: “Xəstələnməyə haqqım yoxdur?”backend

Ramzan Kadırov: "Xəstələnməyə haqqım yoxdur?"

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə “İnstagram”da canlı yayımda bildirib.

Kadırov xəstələnməyinin normal olduğunu diqqətə çatdırıb: “Dünyada milyonlarla insan koronavirusa yoluxur, on minlərlə insan ölür, mən insan deyiləm? Xəstələnməyə haqqım yoxdur? Amma sağlamam”.

O, bayramı evdə qeyd etdiyini bildirib, əlavə edib ki, pandemiya başlayandan Qroznıda mütəmadi müayinələr aparılır.

“İki dəfə kompüter tomoqrafiyası etmişəm, bir neçə dəfə qan və başqa analizlər vermişəm. Çünki daşıyıcı olmaq ehtimalı olan insanlarla təmasdayam. Çalışıram ki, xəstələnməyim. Hər kəs bunu etməlidir”,- o əlavə edib.

Qeyd edək ki, Ramzan Kadırovun koronavirusa yoluxduğu barədə məlumatlar yayılmışdı.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*