“Range Rover” piyadanı vurub ÖLDÜRDÜbackend

"Range Rover" piyadanı vurub ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki,  Rüstəmov Fazil Şahbaz oğlu idarə etdiyi  “Range Rover”  markalı avtomobillə Xəzər rayonu ərazisində  Buzovna -Zaqulba yolunda hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada 1956-cı il təvəllüdlü Süleymanov Allahyar Baxış oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanaraq istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*