Rayondan Bakıya gələnlərə məhdudiyyətlər OLA BİLƏR – AÇIQLAMAbackend

Rayondan Bakıya gələnlərə məhdudiyyətlər OLA BİLƏR - AÇIQLAMA

COP29-la bağlı şəhərdaxili bəzi məhdudiyyətlər təbii ki, nəzərə tutulur.

KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa News24.az-a açıqlamasında deyib.

“Çünki böyük tədbirdir, COP29-a dünyanın əksər ölkələrindən qonaqlar gələcək, təşrif buyuranların sayı 80 min nəfərə yaxındır ki, onların arasında rəsmilər və turistlər də olacaq. Bunların həm yerləşməsi, həm də şəhərdaxili hərəkəti təbii ki, müəyyən məhdudiyyətləri zəruri edir.

Konkret olaraq şəhərdaxili, yaxud şəhərə girişlə bağlı məhdudiyyət barəsində geniş məlumat verə bilmirəm. Ancaq hər halda məhdudiyyətlər nəzərdə tutulur, çünki dərslərdə fasilə olacaqsa, digər sahələrdə də fasilələr olacaqsa, görünür ki, rayondan Bakıya gələnlərlərlə də bağlı məhdudiyyətlər düşünülə bilər. Amma konkret hansı tədbirlərin olacağı barəsində geniş məlumat verilməyib. Ancaq bununla bağlı yaxın günlərdə açıqlama olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*