Rayonlara gedən şəxslərə XƏBƏDARLIQbackend

Rayonlara gedən şəxslərə XƏBƏDARLIQ

“Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki,  Bakı,  Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tədbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir”

Bu barədə KONKRET.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi,  polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər:  “Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər,  DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq.  İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər.  Daha ailə üzvləri və qohumları buraxılmayacaq.  Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq.  Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar”.

  • Omer
    İyun 19, 2020 - 20:05

    Bu gun vacib is ucun elet qesebesine (bas elet) getmek istedim. Lakin uzun you qet edib 2saat qobustan elet arasinda tixacda qalaraq prosta catan kimi polis vesiqeme baxan kimi Don sola emrini Cox wert sekilde verdi. Menden qabaq masinda hec sahlada demedi.. Ve men Cox utandim.. Birincisi men elete gedib qayidacaqdim. Beyem elet baki ya ait deyil? Ikincisi polis Cox wert idi. Yeni sirusmaq olmazdi hara getdiyimi.? Heyf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*