İspaniyanın “Real” klubunun müdafiəçisi Raul Asensio yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük hüququndan məhrum edilib.
Məlumata görə, Raul Asensio “Porsche” markalı avtomobillə Qran-Kanariyanın cənubunda yerləşən kurort zonasına gedərkən polis tərəfindən saxlanılıb. Əməkdaşlar futbolçunun sənədlərini yoxlayıblar və daha sonra onun sərxoş vəziyyətdə olduğu müəyyənləşdirilib.
Hadisə Qran-Kanariya adasında baş verib. Məhkəmə qərarına əsasən, Raul Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum olunub.
