“Reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur” – TƏBİB rəsmisibackend

“Reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur” - TƏBİB rəsmisi

4-10 yanvar tarixlərində 4386 yoluxma qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, dekabrla müqayisədə bu gün sağalanların sayı 3-4 dəfə çoxdur:

“Bu baxımdan reanimasiyada olan çarpayıların boşalması müşahidə olunur. Bu da karantin tədbirlərinin nəticəsindədir.

14 dekabrda aparılan testlərdə pozitiv nəticələrin sayı 31 faiz olduğu halda, bu gün 5 faizə düşüb. Bu, sevindirici haldır”, – deyə Y.Qarayeva qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*