Dövlət və hökumət rəsmiləri 27 Sentyabr – Anım Günü münasibətilə Bakıdakı Zəfər parkını ziyarət ediblər.
KONKRET.az xəbər verir ki, rəsmilər şəhidlərin xatirəsini ehtiramla yad edib, abidə önünə güllər düzüblər.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
