Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə edildibackend

Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə edildi

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İranın Dəmir Yolları (RAI) rəhbərliyi arasında görüş keçirilib.

Bu barədə KONKRET.aza ADY-dən məlumat verilib.

Məlumata görə, görüşdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib.

Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*