Rəsul Quliyevdən İlham Əliyevlə bağlı sensasion sözlərbackend

Rəsul Quliyevdən İlham Əliyevlə bağlı sensasion sözlər

ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyev də ordumuzun Şuşanı işğaldan azad etməsinə sevincini və heyrətini gizlədə bilməyib.

KONKRET.az xəbər verir ki, 8 noyabrın Azərbaycan tarixində ən yaddaqalan günlərdən biri olduğunu vurğulayan R.Quliyev 27 sentyabrda, müharibə başlayanda Azərbaycan Ordusunun Şuşaya qədər gedəcəyinə inanmadığını bildirib:

“Ona görə yox ki, ermənilərin güclü olduqlarından narahat idim. Əksinə, ermənilərin heç vaxt güclü ordusu, vuruşan əsgəri olmayıb. İnanmağımın səbəbi o idi ki, Ermənistanı Minsk Qrupunun dəstəkləməyindən, Azərbaycana təzyiqindən qorxurdum”.

Sabiq spiker deyib ki, Minsk Qrupunun hər 3 dövləti əslində bu təzyiqi göstərdi:

“Ancaq Prezidentin qətiyyətini sındıra bilmədilər. Və 20 gün ərzində Prezident dərin analizləri ilə, dünyanın məşhur TV-lərinə verdiyi müsahibələrlə problemin mahiyyətini bütün ölkələrin rəhbərlərinə və xalqlarına çatdıra bilmişdi. Azərbaycana münasibət dəyişirdi”.

İkinci faktor olaraq Türkiyənin və Prezident Ərdoğanın birmənalı dəstəyini göstərən R.Quliyev sonda qeyd edib:

“Bu tarixi günün baş tutduğuna görə Azərbaycan əsgərinə, Ali Baş Komandana dərin minnətdarlığımı bildirirəm. Azərbaycan bölünməzdir, Azərbaycan sarsılmazdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*