Reuters: ABŞ Ukraynaya dron satışını dondurdubackend

Reuters: ABŞ Ukraynaya dron satışını dondurdu

Co Bayden administrasiyası Ukraynaya Hellfire raketləri daşıya bilən dörd ABŞ MQ-1C Grey Eagle kəşfiyyat-zərbə pilotsuz uçan aparatının satışını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Etirazlar ABŞ-ın hərbi texnologiyasının təhlükəsizliyinə cavabdeh olan Pentaqonun ofisinin ətraflı araşdırması zamanı qaldırılıb. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, mart ayından müzakirə edilən satış Ağ Ev tərəfindən təsdiqlənib.

Etirazlar pilotsuz təyyarələrdəki radar və optoelektronik sistemin Rusiya hərbçilərinin əlinə keçəcəyi təqdirdə ABŞ-ın təhlükəsizliyinə təhlükə yarada biləcəyi ilə bağlıdır.

Qeyd edilib ki, bu mülahizə əvvəlcə nəzərə alınmayıb, lakin ötən həftənin sonunda Pentaqonda keçirilən görüşlərdə qaldırılıb.

Mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, sövdələşməyə yaşıl işıq yandırıb-yandırmamaq məsələsi Pentaqonda yuxarı orqanlar tərəfindən nəzərdən keçirilir, lakin qərarın verilmə vaxtı bəlli deyil. Mənbələrdən birinin dediyinə görə, kompromislərdən biri komponentlərin əvəz edilməsi ola bilər, lakin bu, aylar çəkə bilər. Nəticədə isə razılaşma ABŞ Konqresi tərəfindən bloklana bilər.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*