“Reuters”: Türkiyə Afrikadakı böhranı həll etmək üçün hərəkətə keçdibackend

"Reuters": "Türkiyə Afrikadakı böhranı həll etmək üçün hərəkətə keçdi"

Ankara Qırmızı dənizə çıxış üçün Efiopiyanın Somalidən birtərəfli müstəqilliyini elan edən Somalilandla razılaşmasından sonra yaranan böhranı həll etmək üçün hərəkətə keçib.

KONKRET.az xəbər verir ki., Türkiyənin Somali ilə Efiopiya arasında Somaliland böhranının həlli üçün vasitəçiliyə başladığı bildirilib.

Qırmızı dəniz sahillərinə çıxış əldə etmək üçün Somalidən birtərəfli müstəqilliyini elan edən Efiopiyanın Somalilandla razılaşması Afrikada son illərdə artan regional gərginliyi yenidən artırmışdı.

Yanvarın 1-də Efiopiya və Somaliland arasında limandan istifadə və dənizə çıxış üçün imzalanmış anlaşma memorandumu Efiopiyaya Somaliland sahillərində həm ticari, həm də hərbi fəaliyyət göstərməyə imkan verir. Somaliland prezidenti Musa Bihi Abdi Efiopiyanın müqavilənin başa çatması ilə onları “müstəqil” kimi tanıyacağını desə də, razılaşmanı qanunsuz hesab edən Somalidən çox sərt reaksiya gəlib.

Məlumatlı mənbələrə görə, Ankara iki ölkə arasındakı böhranı həll etmək üçün işə başlayıb. Mənbələr Türkiyənin vasitəçiliyinin böhranı həll etmək üçün son cəhd olduğunu bildirib və əlavə ediblər ki, irəliləyiş şansı olduqca aşağıdır.

Qeyd edək ki, Türkiyə fevral ayında Afrikadakı yaxın müttəfiqi Somali ilə müdafiə sazişi imzalayıb və sərhədlərini qorumaq üçün dəniz dəstəyi vəd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*