Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizələrə yazılı icraat qaydasında baxılacaq.
KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat qaydasında baxılması təklif edilir.
