Azərbaycanın Baş Prokurorluğu Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyanı axtarışa verdi.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi İstintaq İdarəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
“Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək axtarışa verilib”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
