Robert Köçəryan Yeni İli həbsxanada keçirəcəkbackend

Robert Köçəryan Yeni İli həbsxanada keçirəcək

“1 Mart” hadisəsində təqsirləndirilən Ermənistanın ikinci prezidenti Robert Köçəryan Yeni İli həbsdə qarşılayacaq. KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, bunun səbəbi işin hakimi Anna Danibekyanın tətilə getməsidir.

Növbəti məhkəmə iclası 2020-ci ilin yanvar ayının ilk iş gününə təyin edilib.

Xatırladaq ki, keçmiş prezident 1 mart 2008-ci ildə etirazları dağıtmaq üçün cinayət işində konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilmişdi. Bu il iyunun 25-də üçüncü dəfə həbs edilib. İrəvanın ümumi ədliyyə məhkəməsi noyabrın 7-də keçirilən iclasda müdafiəçinin alternativ qabaqlayıcı tədbir olaraq girov tətbiq edilməsi tələbinə məhəl qoymayaraq, Köçəryanın həbs olunması qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*