Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası məsələsi Ermənistan parlamentinin sessiyasının gündəliyinə daxil edilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, gələn həftə Ermənistan parlamentinin növbəti sessiyası başlayacaq və orada deputatlar bir sıra məsələləri müzakirə edəcəklər.
Gündəliyə Roma Əsasnaməsi ilə yaradılmış öhdəliklərin ratifikasiyası daxil deyil.
Xatırladaq ki, Kreml İrəvanın Roma Əsasnaməsinə qoşulmaq planlarına mənfi reaksiya verib. Bundan sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan hazırda heç bir konkret effekti olmayan bu addımın Rusiyaya münasibətdə səhv olacağını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az