Ronaldonun hədəfi: “Messidən yüksəkdə olmalıyam”backend

Ronaldonun hədəfi: “Messidən yüksəkdə olmalıyam”

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo onunla həmkarı Lionel Messi arasında aparılan müqayisədən danışıb.

Konkret.az NTV Sport-a istinadən bildirir ki, ulduz futbolçu İngiltərənin İTV kanalında qatıldığı verilişdə çoxsaylı sualları cavablandırıb.

Ronaldo “France Football” jurnalı tərəfindən təsis edilmiş “Qızıl top” mükafatını onunla bərabər sayda – 5 dəfə qazanmış Messi haqqında bunları deyib:

“Messi futbol tarixinə düşdü. Lakin kariyeramın sonunda 6, 7 və ya 8 mükafat qazanaraq, ondan da yüksəkdə yer almalıyam. Bunu həqiqətən, istəyirəm. Məncə, buna layiqəm də…”

Kariyerası boyu “Barselona”lı Messi ilə müqayisə edildiyini vurğulayan Ronaldo aralarındakı münasibətlərdən də danışıb:

“Dost deyilik, amma 15 ildir, eyni səhnəni paylaşırıq. Onun varlığı məni daha yaxşı futbolçu olmağa sövq etdi, həmçinin mənim varlığım da onu…”

Bir cavab yazın