Ronaldonun iki milyonluq avtomobili qəzaya düşdübackend

Ronaldonun iki milyonluq avtomobili qəzaya düşdü

Portuqaliyalı futbolçu Kriştianu Ronaldoya məxsus “Bugatti Veyron” markalı avtomobil qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, lüks avtomobil İspaniyanın şərq sahilindəki Sa Koma kurortunda evin divarına çırpılıb. Maşını idarə edən “Mançester Yunayted”in hücumçusu deyil, onun köməkçisi olub. Adı açıqlanmayan sürücü xəsarət almayıb.

Ronaldoya gəlincə, onun ailəsilə birgə hazırda İspaniyanın Mayorka adasında olduğu, dünən böyük oğlunun ad gününü qeyd etdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*